Antverpen Dünya Almaz Mərkəzi (AWDC) ABŞ Prezidenti Donald Trampa ölkənin müstəqilliyinin 250 illiyi münasibətilə eksklüziv üzük hədiyyə edib.
Təşkilatın məlumatına görə, üzük antverpenli zərgər və almaz ustası David Qotlib tərəfindən hazırlanıb. Dizayn Super Bowl çempionluq üzüklərindən ilhamlanıb və ABŞ-ın yubiley tarixinə xüsusi istinadlar daşıyır.
Üzük 18 karat qızıldan hazırlanıb. Onun üzərində 321 təbii brilyant və 75 qiymətli daş yer alıb.
AWDC bildirir ki, hədiyyə həm də Antverpenlə ABŞ arasında tarixi ticarət əlaqələrini simvolizə edir.
Üzüyü ABŞ-ın Belçikadakı səfiri Bill Uayt qəbul edib. Diplomat ABŞ-ın bu “möhtəşəm üzükdən” böyük məmnunluq duyduğunu bildirib.

