Aparıcı Xoşqədəm Hidayətqızı mərhum Xalq artisti İlham Quliyevadan aldığı hədiyyədən danışıb.
"Den.az" xəbər verir ki, o, bu barədə aparıcısı olduğu "Günaydın, Azərbaycan" verilişində deyib. Xoşqədəm İ.Quliyevanın ona brilyant boyunbağı hədiyyə etdiyini, lakin saxta çıxdığını vurğulayıb:
"Ad günüm günü idi. İlhamə Quliyeva dedi ki, sənə gözəl bir brilyant boyunbağı hədiyyə edəcəyəm. Qaşlı boyunbağı idi. And olsun Allaha o boyunbağını boğazımdan çıxartmadım, gecə onunla yatdım. Səhər baxıb gördüm ki, boğazım qapqaradır.
Eləmədim tənbəllik yoxlatdırmaq üçün getdim həmin boyunbağını zərgərə göstərdim. Zərgər mənə dedi ki, bu nə qızıl, nə də ki, brilyantdır. Bu bijuteriyadır. Bəlkə onun özünü də aldadıblar, deyə bilmərəm. Amma ilk aldığım brilyant hədiyyə idi, o da saxta çıxdı. Özüm hədiyyə edəndə adıma layiq edirəm. Hədiyyəni sevirəm. Xüsusilə ad günlərimdə gözləyirəm".
"İlhamə Quliyevanın mənə verdiyi brilyant boyunbağı saxta çıxdı"

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.