“Rusiyada azərbaycanlılara qarşı baş verən hadisələr bizi dərin şəkildə qayğılandırır”.
Den.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld “X” platformasındakı hesabında yazıb.
“Öldürülənlərin ailələrinə başsağlığı verir və bu zamanda Azərbaycan xalqının yanında olduğumuzu bildiririk. Ədalətin təmin olunması istiqamətində Azərbaycanın səylərinə dəstəyimizi ifadə edirik”, – səfir vurğulayıb.
Rusiyada azərbaycanlılara qarşı baş verən hadisələr bizi dərin şəkildə qayğılandırır. Öldürülənlərin ailələrinə başsağlığı verir və bu zamanda Azərbaycan xalqının yanında olduğumuzu bildiririk. Ədalətin təmin olunması istiqamətində Azərbaycanın səylərinə dəstəyimizi ifadə edirik.