Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, diplomatiya güclə birlikdə daha effektiv ola bilər. O, bu fikri fevralın 17–18-də Cenevrədə keçiriləcək Ukrayna, Rusiya və ABŞ arasında üçtərəfli danışıqlar ərəfəsində səsləndirib.
Bizim diplomatiyamız ədalət və güc olduğu halda daha effektiv olacaq. RF-yə təzyiq gücü – sanksiya təzyiqi, Ukrayna ordusuna və hava hücumundan müdafiə sistemimizə davamlı və sürətli dəstəkdir.
Zelenski Qərb tərəfdaşlarına müraciət edərək Rusiyaya qarşı təzyiqin artırılmasının vacibliyini vurğulayıb.

