Cenevrədə keçirilən Rusiya–ABŞ–Ukrayna üçtərəfli danışıqları gözlənildiyi qədər uğurlu olmayıb.
Bu barədə Politico nəşri mənbələrə istinadən yazıb.
Mənbənin sözlərinə görə, tərəflər masaya fərqli gözləntilərlə gəlib və müzakirələr kifayət qədər qarışıq xarakter daşıyıb. Bildirilir ki, Rusiya nümayəndə heyəti əsas diqqəti ərazi məsələlərinə, Ukrayna isə humanitar mövzulara və təhlükəsizlik mexanizmlərinə yönəltmək istəyib.
Cenevrədə iki gün davam edən danışıqların ilk günü təxminən 6 saat, ikinci günü isə cəmi 2 saat çəkib. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski görüşləri “ağır, lakin işgüzar” adlandırıb.
Ukrayna Prezidenti Volodimir Zelenski isə tərəflərin atəşkəsə nəzarət mexanizmi üzrə “demək olar ki, razılığa gəldiyini” bildirib.
Bununla yanaşı, bəzi KİV-lər danışıqların dalana dirəndiyini, hətta Ukrayna nümayəndə heyətində fikir ayrılığı yarandığını iddia edib.

