Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə keçirilən üçtərəfli danışıqların ilk günü başa çatıb.
Bu barədə Axios nəşrinin jurnalisti Barak Ravid X sosial şəbəkəsində məlumat verib.
O bildirib ki, danışıqlar prosesi fevralın 5-də, cümə axşamı davam etdiriləcək.
Tərəflər görüşün davam etdirilməsi barədə razılığa gəliblər.
“ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Əbu-Dabidə keçirilən sülh danışıqlarının ilk günü başa çatıb. Vəziyyətlə tanış mənbənin sözlərinə görə, danışıqlar cümə axşamı günortaya yaxın saatlarda bərpa olunacaq”, — deyə Barak Ravid yazıb.

