Cənubi Koreyada məhkəmə sabiq dövlət başçısı Yun Sok Yolun həbsdə saxlanılma müddətini daha altı ay uzadıb.
Bu barədə Yonhap agentliyi məlumat yayıb.
Jurnalistlərin verdiyi məlumata görə, keçmiş prezidentə əlavə ittihamlar irəli sürülüb. Onların sırasında 2024-cü ildə hərbi vəziyyətin tətbiqi ilə əlaqədar düşmən dövlətə yardım göstərilməsi ittihamı da yer alır.
Agentliyin bildirdiyinə görə, hakim qərarını əsaslandırarkən sübutların məhv edilməsi riski ilə bağlı narahatlıqlara istinad edib.

