Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkə cəbhədəki ağır vəziyyət fonunda hər gün ciddi çətinliklərlə üzləşir.
Bu barədə o, Jerusalem Post qəzetinə müsahibəsində danışıb.
“Vəziyyət çox ağırdır və biz hər gün çətinliklərlə qarşılaşırıq”, — deyə Volodimir Zelenski etiraf edib.
Onun sözlərinə görə, mövcud şəraitdə Ukrayna ordusu döyüş meydanında ciddi təzyiq altında fəaliyyət göstərir.

