İran Yaxın Şərqdəki münaqişənin həlli ilə bağlı Rusiyanın təşəbbüslərini nəzərdən keçirməyə hazırdır. Bu barədə “Vedomosti” qəzetinə müsahibəsində İslam Respublikasının səfiri Kazem Cəlali bildirib.
Onun sözlərinə görə, Moskva ilə Tehran arasında bu məsələ üzrə əlaqələr davam edir və dialoq yüksək səviyyədə aparılır.
Rusiya bizim üçün dost ölkədir. Biz yüksək və ən yüksək səviyyədə əlaqələrimizi davam etdiririk. Sizin təşəbbüslərinizi dinləməyə hazırıq.
Diplomat vurğulayıb ki, İran münaqişənin həlli üçün müxtəlif variantları müzakirə etməyə açıqdır.

