Avropa ölkələri İran ətrafında mümkün hərbi əməliyyatlar zonasına yaxın ərazilərdə mövcudluğunu artırır. Bu barədə Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin sammitində jurnalistlərə NATO-nun baş katibi Mark Rütte bildirib. Onun sözlərinə görə, müttəfiqlər əvvəlcədən logistik və texniki dəstəyi yerləşdirir. Daha çox Avropa ölkəsi növbəti mərhələyə hazır olmaq üçün lazımi logistik və digər dəstəyi, o cümlədən minaaxtaran gəmiləri mümkün əməliyyat zonasına yaxın ərazilərdə yerləşdirir. Rütte əlavə edib ki, Avropa Trampın mesajını anlayıb: ölkələr ABŞ ilə ikitərəfli razılaşmalar bağlayaraq bazalarda yerləşmə və logistika ilə bağlı tələbləri təmin edir. Bununla yanaşı, NATO baş katibi Donald Trampın Almaniyadan 5 min amerikalı hərbçinin çıxarılması qərarını məyusedici adlandırıb və bunu ABŞ-ın İran məsələsində Avropa müttəfiqlərinə münasibətinin göstəricisi kimi qiymətləndirib.
Mark Rütte NATO logistikasında dəyişiklikləri açıqladı
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

