ABŞ Prezidenti Donald Tramp İrana Yaxın Şərqdəki gərginlik səbəbindən benzinin bahalaşmasından istifadə edərək Vaşinqton üçün sərfəli olmayan razılaşma əldə etməyə imkan verməyəcək. Bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.
Rubio NBC News telekanalına müsahibəsində deyib:
Prezident açıq şəkildə bildirir ki, iranlılar bizim daxili siyasətimizdən istifadə edərək onu pis razılaşmaya məcbur edə biləcəklərini düşünürlərsə, bu baş verməyəcək.
O xatırladıb ki, ABŞ-da benzinin qiymətini nəzarətdə saxlamaq üçün artıq tədbirlər görülüb və qiymətlər aşağı düşəcək.

