ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İran mənfi nəticələrdən yayınmaq üçün özünü cilovlamalıdır.
O, Yaxın Şərqdəki vəziyyəti qangsta-rep ifaçısı Ice Cube Ays Kyubun “Check Yo Self” (“Özünü ələ al”) mahnısından sitatla şərh edib.
Bu barədə New York Post məlumat yayıb.
Özünü ələ alsan yaxşıdır, yoxsa böyük problemlə üzləşəcəksən, — deyə Rubio reperdən sitat gətirib.
Onun sözlərinə görə, gəmilərin və limanların blokadaya alınması da daxil olmaqla görülən tədbirlər İran iqtisadiyyatını kritik həddə çatdırmağa yönəlib.
Analitiklərin fikrincə, Rubionun ritorikası ABŞ prezidenti Donald Trampın üslubunu xatırladıb.

