ABŞ dövlət katibi Marko Rubio hesab edir ki, İran münaqişəni danışıqlar yolu ilə başa çatdırmaqda ciddi mövqe tutur. O, bu barədə bazar ertəsi Fox News telekanalına müsahibəsində danışıb. “Düşünürəm ki, onlar düşdükləri çətin vəziyyətdən çıxmaq üçün ciddi yanaşırlar”, — deyə Marko Rubio bildirib. Bununla yanaşı, Rubio vurğulayıb ki, tərəflər hələ də bütün mübahisəli məsələlər üzrə razılığa gəlməyib. Dövlət katibi əlavə edib ki, İranla mümkün razılaşma ölkənin nüvə silahına sahib olmasını istisna edən maddələri əhatə etməlidir. O, həmçinin qeyd edib ki, Vaşinqton danışıqlara təsir göstərmək məqsədilə gəmi marşrutlarının bloklanmasını qəbuledilməz sayır və Tehranı Hörmüz boğazı vasitəsilə gəmi hərəkətini tam və məhdudiyyətsiz bərpa etməyə çağırıb.
İran danışıqlara ciddi yanaşır, Rubio belə hesab edir
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

