Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya zərbələri gücləndirə biləcəyini bildirib.
O, jurnalistlərə açıqlamasında hava həyəcanı zamanı vətəndaşları sığınacaqlardan istifadə etməyə çağırıb.
Zelenskinin sözlərinə görə, təhlükəsizlik xəbərdarlıqlarına ciddi yanaşmaq vacibdir.
Bununla yanaşı, Ukrayna lideri Rusiya Prezidenti Vladimir Putinin zəiflədiyini iddia edib.
“Putin zəifləyir, həm siyasi baxımdan, həm döyüş meydanında, həm də fiziki olaraq”, — deyə Zelenski bildirib.

