17 
sen
2023
16:42
394

BURADA KİMİSƏ SATMAQ YOXDU, KƏNDDƏ YAŞAYIRIQ, BU REALLIQDI, NİYƏ DƏ DEMƏYƏSƏN.... Məmmədli, Digah və Binəqədi yolunda marşurut çatışmır...

17 sen, 2023
16:42
394

BURADA KİMİSƏ SATMAQ YOXDU, KƏNDDƏ YAŞAYIRIQ, BU REALLIQDI, NİYƏ DƏ DEMƏYƏSƏN.... Məmmədli, Digah və Binəqədi yolunda marşurut çatışmır... - FOTO VİDEO

Əhali çox, marşurut xətti yox. Bu ərazidə yalnız bir marşururt xətti var, o da sakinlərə yetmir. 

"Den.az" xəbər verir ki, Abşeron rayonun Məmmədli, Digah və Binəqədi yolunda marşururt çatışmır. 

Sözü gedən yoldan istifadə edən sakinlər marşururt sarıdan əziyyət çəkir. Həftə içi adam çox olduğundan 147 nömrəli marşurut ancaq dolu gəlir. Belə olan halda əsasən Digah qəsəbə sakinləri bu marşururtdan istifadə edə bilmirlər. Şagirdlər dərsə, sakinlər isə gedəcəkli ünvana hər zaman gecikirlər.

Sakinlərin sözlərinə görə, bu xətt üzrə istifadəyə verilən 147 nömrəli marşurutlar xidmət üçün yararlı deyil. Əhali sayının günü gündən artdığını deyən sakinlər bunun üçün ciddi addımların atılmağını vacib sayırlar.

Digah qəsəbə bələdiyyəsindən bildirildi ki, mövcud məsələ onlarıda narahat edir. Məhz bununla bağlı, aidiyyatı qurumlara müraciət də ediblər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə (AYNA) bildirilib ki, mövcud məsələ ilə bağlı araşdırma aparılacaq.

 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar