Bakı-Qazax yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində yolun sağ zolağı sıradan çıxıb və istifadəyə qismən yararlıdır. Bu yol həm yoldan keçən insanların həyatını, həm də nəqliyyat vasitələrini təhlükə altına alır. Sürücülər sol zolaqla getmək istədikdə isə cərimə yazılır.
Bəs bu məsələ necə tənzimlənməlidir?
Nəqliyyat eksperti Yaşar Mustafayev bildirir ki, belə hallarda sürücüyə protokol tətbiq edilməməlidir. Çünki dağılmış yolda hərəkət edərkən qəza baş verə bilər, avtomobilin bəzi nasazlıqları yarana bilər. Ona görə də sürücünün məcburiyyət qarşısında sol zolaqla hərəkət etməsinə görə protokol tətbiq edilməməlidir.
Hüquqşünas Şamil Paşayev isə deyir ki, əgər sürücü dağılmış sıradan çıxmış yolda məcburiyyətdən sol zolaqla keçibsə və ona cərimə tətbiq olunubsa, məhkəməyə müraciət edə bilər. Sürücünün məhkəmə vasitəsilə həmin qərarı ləğv etdirməsi mümkündür. Həmçinin, həmin yolda avtomobildə dəyən zərərə görə də vətəndaş təzminat tələb edə bilər.
Qeyd edək ki, Yol Hərəkəti haqqında qanunda bildirilir ki, yaşayış məntəqəsindən kənarda yolun sağ zolağı boş olduğu halda, sol zolaqla hərəkət etmək qadağandır. İnzibati Xətalar Məcəlləsində isə bu əmələ görə 40 manat cərimə nəzərdə tutulur.
Bu yolda cərimə gəlsə, sildirə bilərsiniz - AÇIQLAMA

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.