Braziliyada insanlarla dolu təyyarə uçuş-enmə zolağında yanıb. Bu barədə DenMedia.az SHOT Telegram kanalına istinadən xəbər verib.
Jurnalistlərin məlumatına görə, güclü yanğın LATAM Brasil aviaşirkətinə məxsus Airbus A320 təyyarəsində, Quarulhos şəhərində baş verib. Şahidlərin dediyinə görə, əvvəlcə salonu kəskin qoxulu tüstü bürüyüb, daha sonra illuminatorlardan alov dilləri görünməyə başlayıb. Ekipaj dərhal təcili təxliyə prosesinə başlayıb.
Hazırda xəsarət alanlar barədə dəqiq məlumat yoxdur. Təyyarədə təxminən 180 nəfər olub.

