Sentyabrın 22-də AZAL-ın Bakı-Praqa aviareysini həyata keçirən təyyarəsində texniki problem yaranıb. Bu səbəbdən uçuş təxirə düşüb.
Den.az "Globalinfo.az"a istinadən xəbər verir ki, təxminən 2 saatlıq araşdırmadan sonra pilot təyyarə ilə uçmağın riskli olduğu bildirib və uçuşdan imtina edilib. Onun bu sözlərini sərnişinlər eşidiblər.
Birinci təyyarə AİRBUS -A 319 olub. Hazırda uçacaq təyyarə isə AİRBUS-A 320 markal təyyarədir.
Xatırladaq ki, son vaxtlar AZAL-ın təyyarələrində texniki problemlər çoxalıb. Ona görə analoji vəziyyət tez-tez yaranır.