Azərbaycanda ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, oktyabrın 30-da ölkə ərazisində qeydə alınan 27 cinayətin, eləcə də əvvəlki dövrlərdən açılmamış qalan 6 cinayətin üstü polis əməkdaşları tərəfindən açılıb.
Beləliklə, polis tərəfindən ümumilikdə 33 cinayətin açılması təmin edilib.

