Noyabrın 1-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən
verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Səhər saatlarında bəzi yerlərdə zəif duman və az çiskin gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Paytaxtda havanın temperaturu gecə 13–16, gündüz 18–20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə gecə 70–75, gündüz 60–65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə arabir duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 11–16, gündüz 19–23 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 3–8, gündüz 13–18 dərəcə isti olacaq.

