Tovuz rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Alakol kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı su kanalına aşıb.
Qəza zamanı dörd nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

