Böyük Britaniya vətəndaşını bilet olmadan təyyarəyə minməyə cəhd etdiyinə görə 13 ilə qədər həbs cəzası gözləyə bilər.
Bu barədə “The Sun” qəzeti məlumat yayıb.
Hadisə 16 dekabrda Melburnda baş verib. 35 yaşlı britaniyalı ölkəni tərk etmək üçün təyyarənin göyərtəsinə zorla daxil olmağa çalışıb. Şahidlərin sözlərinə görə, kişi özünü aqressiv və qeyri-adekvat aparıb.
Məlumata əsasən, insident zamanı o, polis əməkdaşı ilə mübahisə edib və onun əlindən tapançanı qapmağa cəhd göstərib. Saxlanılma zamanı müqavimət göstərdiyi üçün hüquq-mühafizə orqanları elektroşok cihazı və bibər qazından istifadə etməyə məcbur qalıblar.
Kişi əvvəlcə xəstəxanaya, daha sonra isə polis bölməsinə aparılıb. Hadisə ilə bağlı istintaq davam edir.

