Yeni il gecəsi Amsterdamın mərkəzinə yaxın ərazidə, təxminən 150 illik tarixə malik kilsədə yanğın baş verib.
Bu barədə NL Times məlumat yayıb.
Məlumata görə, yanğın gecə yarısından az sonra başlayıb.
Yanğın nəticəsində Vondelkerk kilsəsinin qülləsi uçub. Təhlükəsizlik məqsədilə yaxınlıqdakı yaşayış binalarının sakinləri təxliyə edilib.
Qeyd olunur ki, katolik Vondelkerk kilsəsi 1872-ci ildə inşa olunub.

