Yanvarın 16-da ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Denmedia.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb
Axtarışda olduğuna görə ümumilikdə 126, o cümlədən borclu şəxs qismində axtarışda olan 100 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 25 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

