İsveçrənin Qoppenştayn yaşayış məntəqəsi yaxınlığında qatar relsdən çıxıb. Hadisə zamanı qatarda təxminən 80 nəfərin olduğu bildirilir.
Yerli KİV-in məlumatına görə, insidentlə bağlı açıqlama hüquq-mühafizə orqanları tərəfindən sosial şəbəkə X-də yayılıb.
“Qatar qəzası baş verib, ehtimal ki, xəsarət alanlar var”, – rəsmi məlumatda qeyd olunub.
Hazırda hadisə yerində xilasetmə əməliyyatı aparılır.
RTS telekanalının məlumatına görə, qəza ehtimal ki, qar kütləsinin relslərə sürüşməsi nəticəsində baş verib. Dəmir yolu xəttində hərəkət müvəqqəti dayandırılıb.

