United Airlines aviaşirkətinə məxsus təyyarə enişdən əvvəl pilotsuz uçuş aparatı ilə mümkün toqquşma riski barədə məlumat verib. Bu barədə CBS News xəbər yayıb. Məlumata görə, San-Fransiskodan San-Dieqoya uçan Boeing 737 təyyarəsinin heyəti eniş zamanı, təxminən 1200 metr hündürlükdə drona bənzər obyekt müşahidə edib. ABŞ Federal Aviasiya Administrasiyası (FAA) digər ekipajları da xəbərdar edib, lakin əlavə dron müşahidəsi qeydə alınmayıb. United Airlines nümayəndəsi bildirib ki, təyyarə San-Dieqo beynəlxalq hava limanına təhlükəsiz eniş edib. Təyyarədə olan 49 sərnişin və 6 ekipaj üzvü təyyarəni problemsiz tərk edib, texniki baxış zamanı isə heç bir zədələnmə aşkarlanmayıb.
United Airlines reysi dron riski ilə üzləşdi - San-Dieqoda gərgin anlar
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

