Keniyalı gəncin beş ay ərzində yerli təbibin evində zəncirdə saxlanıldığı bildirilib.
Bu barədə 120.su portalı məlumat yayıb. Gənc azad edildikdən sonra “müalicəçi” saxlanılıb.
Məlumata görə, yarım il əvvəl Keniyadan olan 22 yaşlı Mvatela Delanın valideynləri yerli təbib Baakandaya müraciət ediblər. Gənc psixi pozuntulardan əziyyət çəkirdi və təbib onu bitki dəmləmələri və tüstü prosedurları ilə sağaldacağını vəd edib.
Yalnız polisin müdaxiləsindən sonra Mvatela azad edilib. Halsız vəziyyətdə olan gənc dərhal xəstəxanaya yerləşdirilib. Ona tibbi müayinə və ciddi müalicə lazım olub.

