Braziliyanın Paraiba ştatında, Juan-Pesoa şəhərində yerləşən zooparkda aslan 19 yaşlı gənci parçalayıb.
Bu barədə G1 portalı məlumat yayıb.
Məlumata görə, gənc zooparkda 6 metrdən hündür divara dırmaşıb və yanındakı ağacdan istifadə edərək aslanın hövzəsinə enib.
Bundan sonra yırtıcı ona hücum edib. Nəticədə gənc həyatını itirib.

