Sumqayıt şəhərində ağacın avtomobilin üzərinə aşması ilə nəticələnən hadisə baş verib.
Denmedia.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, hadisə şəhərin 17-ci mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, iri gövdəli ağac kökündən çıxaraq vətəndaş Seymur Ağazadəyə məxsus F10 markalı avtomobilin üzərinə aşıb.
Hadisə nəticəsində xoşbəxtlikdən ölən və ya xəsarət alan olmayıb. Lakin avtomobilə ciddi maddi ziyan dəyib.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Ağacın avtomobilin üzərindən götürülməsi və ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində müvafiq işlər aparılıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Ellada Rəsul
Denmedia.az

