Azərbaycanda zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib.
Məlumata görə, Qəbələ rayonunda, Qəbələ stansiyasından 11 kilometr cənub-qərbdə zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar episentrdə və yaxınlıqdakı yaşayış məntəqələrində 3-5 bal gücündə hiss olunub.

