ABŞ Silahlı Qüvvələri Sakit okeanın şərq hissəsində “narkoterrorçulara” məxsus olduğu iddia edilən gəmiyə zərbə endirib.
Bu barədə ABŞ Ordusunun Cənub Komandanlığı — United States Southern Command SOUTHCOM məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində iki nəfər ölüb.
Mayın 8-də SOUTHCOM rəhbəri general Frensis Donovanın göstərişi ilə “Southern Spear” birgə əməliyyat qrupu terror təşkilatları tərəfindən istifadə olunan gəmiyə ölümcül kinetik zərbə endirib, — deyə açıqlamada qeyd olunub.
Məlumata görə, ABŞ kəşfiyyatı gəminin narkotik qaçaqmalçılığı marşrutlarından biri ilə hərəkət etdiyini müəyyən edib.
SOUTHCOM-un məlumatına əsasən, hücumdan sonra bir nəfər sağ qalıb.
Vaşinqton bölgədəki hərbi mövcudluğunu narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə izah edir.

