İstanbul metrosunda qatarın relsdən çıxması nəticəsində azı 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara çatdırılıb. Bu barədə NTV telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə yerli vaxtla saat 19:05-də İstanbulun Asiya hissəsində, Bostancı rayonunda M4 metro xəttində baş verib.
Qatar Kadıköydən Sabiha Gökçen hava limanı istiqamətində hərəkət edirmiş.
Hadisədən sonra bütün sərnişinlər tunelə təxliyə edilib, həmin xətt üzrə hərəkət isə müvəqqəti dayandırılıb.
Hazırda mütəxəssislər qəzanın səbəbini araşdırırlar.

