Almaniya məhkəmə orqanları Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin keçmiş müşaviri, vəkil Andrey Portnovun qətlində şübhəli bilinən şəxsi İspaniyaya ekstradisiya edib.
Bu barədə TASS-a İspaniyadakı məhkəmə mənbələri məlumat verib.
Fevralın 25-də İspaniya polisi Portnovun qətlində şübhəli bilinən şəxsin Almaniyada saxlanıldığını açıqlamışdı. İstintaq davam edir.
“Antena 3” telekanalının məlumatına görə, şübhəli şəxs Ukrayna vətəndaşıdır.
Andrey Portnov ötən il mayın 21-də Madrid muxtar icmasında yerləşən Posuelo-de-Alarkon yaşayış məntəqəsində qətlə yetirilib. Yerli KİV-lər həmin vaxt hüquq-mühafizə orqanlarının cinayətdə əli olduğu ehtimal edilən üç nəfəri, o cümlədən mümkün iştirakçıları axtardığını yazmışdı.

