11 
apr
2024
09:00
84

Azərbaycan cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya etdi

11 apr, 2024
09:00
84

Azərbaycan cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya etdi

Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları qaçaqmalçılıqla məşğul olan cinayətkar qrupun yaradılmasında və ona rəhbərlik etməkdə şübhəli bilinən şəxsi Azərbaycandan gətiriblər.

Den.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası ölkənin Baş Prokurorluğununa istinadən məlumat yayıb.

Bildirilib ki, şübhəli şəxs 2016-2018-ci illərdə Qazaxıstana qaçaqmalçılıq yolu ilə istehlak mallarının keçirilməsi ilə məşğul olan cinayətkar qrupa rəhbərlik edib, həmçinin gömrük rüsumlarını və vergilərini ödəməkdən yayınıb.

O, cinayətləri törətdikdən sonra istintaqdan yayınıb və beynəlxalq axtarışa verilib.

Hazırda şübhəli şəxs Aktau şəhərinin istintaq təcridxanasına yerləşdirilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar