Abşeron rayonun Fatmayı kəndində 6 bıçaq zərbəsi ilə qətlə yetirilən İftixar Həşimov Bakı şəhər Xətai rayonun keçmiş İcra Hakimiyyəti başçısının müavini Nizaməddin Əkbərovun qardaşı oğlu imiş.
Bu barədə Den.az-a yaxın mənbələrdən məlumat verilib.
Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalar aparır. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. İstintaq davam edir .
Xatırladaq ki, Mehdiabad qəsəbə sakini 1973-cü il təvəllüdlü Həşimov İftixar Nizami oğlu Fatmayı bələdiyyəsinin qarşısında çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən Fatmayı sakini Kənan Məmmədov saxlanılıb.
Qeyd edək ki, İftixar Həşimovun böyük oğlu Fərid Həşimov ötən ilin 1 iyun tarixində 23 yaşında yol qəzasına düşərək dostu ilə birgə həlak olub.