Nyu-Yorkda göyərtəsində 8 sərnişin olan su təyyarəsi İst-Riverdə, bərə terminalının yaxınlığında sərt eniş edib.
The New York Postun məlumatına görə, hadisədən sonra təyyarənin bir qanadı suyun altında qalıb.
Təyyarədə olan sərnişinlər xilas edilib. Onlardan ikisinin yüngül xəsarət aldığı bildirilir. Daha sonra hava gəmisi yedəyə alınaraq doklara aparılıb.
Təyyarədə olan sərnişinlərdən biri bildirib ki, ailəsi ad günü mərasimindən qayıdırmış. Onun sözlərinə görə, ailə üzvləri əvvəllər çox uçsalar da, ilk dəfə su təyyarəsindən istifadə ediblər.
Qızın sözlərinə görə, hadisədən sonra nənəsinin səhhəti pisləşib. O, qabırğa, bel və baş ağrısından şikayət edib.
Məlumata görə, uçuşu Acadian Seaplanes şirkəti həyata keçirib. Şirkətdə hesab edirlər ki, sərt enişə İst-Riverdə bərələrin çoxluğu və son anda güclənən külək maneə yarada bilər.

