Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.
DenMedia.az oxu.az-a istinadən xəbər verir ki, qəza Heydər Əliyev prospektində qeydə alınıb.
Məlumata görə, mikroavtobusun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı qoruyucu maneəyə çırpılıb.
Hadisə nəticəsində xəsarət alanlarla bağlı hələlik məlumat daxil olmayıb.
İlkin məlumata əsasən, mikroavtobus işçiləri daşıyırmış. Qəza axşam saatlarında, işçilər sahədən evə qayıdarkən baş verib.
Faktla bağlı araşdırma aparılır.

