Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı köşkə çırpılıb.
Qəza zamanı 1961-ci il təvəllüdlü Z. Qurbanova hadisə yerində həyatını itirib.

