Lerik rayonunda 3,1 maqnitudalı zəlzələ qeydə alınıb.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 01:47-də, Lerik stansiyasından 16 kilometr şərqdə baş verib.
Zəlzələnin ocağı 26 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar hiss olunmayıb.

