Sumqayıt şəhərində naməlum şəxs şəhər sakini olan bir nəfərin etibarından sui-istifadə edərək onun təqaüd kartında olan pul vəsaitini oğurlayıb.
Daxili İşlər Nazirliyindən Den.az-a verilən xəbərə görə, bu barədə zərərçəkən Sumqayıt şəhər Polis İdarəsinə müraciət edərək bildirib ki, bankomatın qarşısında kartından pul çıxarmaqda ona köməklik etməsi üçün tanımadığı şəxsdən kömək istəyib. Həmin şəxs kartı bankomata daxil edərək hesabda pul olmadığı barədə zərərçəkənə yalan məlumat verib. Kart sahibi ona inanıb gedəndən sonra bankomatdan çıxan pulu isə götürərək hadisə yerindən uzaqlaşıb.
Keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rövşən Xələfov saxlanılıb. O, ifadəsində bankomatların qarşısında dayanaraq əsasən ahıl yaşlı şəxslərin təqaüd kartlarından oğurluq etdiyini bildirib.
Araşdırmalar davam etdirilir. R.Xələfovun Sumqayıt, eləcə də digər ərazilərdə analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə məlumat verə bilərlər.
Sumqayıtda kişi özünü xeyirxah göstərib qocaların pulunu oğurladı - VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.