Hərbi müxbir Oleg Bloxinin məlumatına görə, İranda təxminən 27 yeraltı raket kompleksi mövcuddur. O bildirib ki, bu obyektlər dərinlikdə yerləşdiyi üçün birbaşa hədəfə almaq demək olar ki, mümkün deyil.
“ABŞ və İsrail bu kompleksləri vurmaqda çətinlik çəkir, buna görə də əsasən giriş nöqtələrinə zərbələr endirirlər.”
Bloxin qeyd edib ki, İran tərəfi dağıdılmış girişləri çox qısa müddətdə bərpa edir.
Peyk görüntülərinə əsasən, zədələnmiş nöqtələr 48 saat ərzində yenidən işlək vəziyyətə gətirilir.

