İsrail ordusu İranda əməliyyatını genişləndirir.
Den.az-ın məlumatına görə, bunu İsrail baş nazirinin müşaviri Dmitri Gendelman bildirib.
O qeyd edib ki, zərbələr ballistik raket buraxılış qurğuları, hərbi bazalar və strateji infrastruktur da daxil olmaqla onlarla əsas obyektə endirilib.
"Uzun müddətli kəşfiyyat işləri və son ayların məlumatları təsdiqləyir ki, Tehran sistematik olaraq İsraili məhv etməyə çalışır. Biz qətiyyətlə hərəkət edirik - təhlükəsizliyimiz və mövcud olmaq hüququmuz naminə", - cənab Gendelman teleqram kanalında yazıb.
Onun açıqlamasından qısa müddət sonra İran mediası İranın şimal-qərbində partlayışlar barədə məlumat verməyə başladı. "Press TV" Təbrizdə güclü partlayışlar barədə məlumat yayıb.
İyunun 13-də İsrail aviasiyası şəhərdəki neft emalı zavoduna və hava limanına hücum edib.