Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimova Braziliya çempionu adını qazanıb.
Den.az xəbər verir ki, voleybolçumuzun çıxış etdiyi “Osasko” finalda “Sesi Bauru” klubunu 3:1 (26:24, 19:25, 28:26, 25:20) hesabı ilə məğlub edib.
Qeyd edək ki, “Osasko” bu mövsüm ölkə kubokuna da sahib çıxıb.