Manchester United Premyer Liqanın 26-cı turu çərçivəsində Londonda West Ham United ilə qarşılaşıb.
Paytaxtda keçirilən oyun qarşılıqlı qollarla yadda qalıb. Görüşdə Souçek və Şeşko fərqlənib və matç 1:1 hesabı ilə başa çatıb.
Bu nəticə ilə baş məşqçi Maykl Kerrikin rəhbərliyi altında Manchester City, Arsenal, Fulham və Tottenham üzərində qazanılan qələbələrdən ibarət 4 oyunluq qalibiyyət seriyası başa çatıb.
Hazırda 44 xalı olan Manchester United növbəti turda Evertonun qonağı olacaq. 26 xalı bulunan West Ham United isə evdə Bournemouthla qarşılaşacaq.
Gecənin digər oyunlarının nəticələri:
Chelsea – Leeds United: 2:2
Everton – Bournemouth: 1:2
Tottenham – Newcastle United: 1:2

