İngiltərə Premyer Liqasının (APL) oyununda Manchester United Manchester City üzərində qələbə qazanıb.
Görüş 2:0 hesabı ilə başa çatıb.
Hesabı 65-ci dəqiqədə Brian Mbeumo açıb. Patrick Dorgu isə 76-cı dəqiqədə Manchester Unitedin üstünlüyünü iki topa çatdırıb.
Turnir cədvəlində Manchester City 43 xalla ikinci pillədə qərarlaşıb. Manchester United 35 xalla dördüncü yerdədir. Çempionata 49 xal toplayan Londonun Arsenal klubu başçılıq edir.

