Ağdamın “Qarabağ” klubunun UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda Bakıda Bolqarıstanın ÇSKA komandası ilə qolsuz heç-heçə etməsi Azərbaycanın 2026/2027-ci illər mövsümü üzrə UEFA əmsallar cədvəlinə cəmi 0,125 xal qazandırıb.
Bakının “Zirə” klubunun UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsinin səfər oyununda Estoniyanın “Payde” komandasına 0:1 hesabı ilə məğlub olması ümumi vəziyyətə təsir etməyib, DenMedia.az report-a istinadən xəbər verir.
Azərbaycan son 5 mövsüm üzrə 20,437 əmsalla UEFA əmsallar cədvəlində 26-cı yerini qoruyur. 25-ci yerdə qərarlaşan İsrailin əmsalı 21,500-dür. 27-ci pillədəki Slovakiyanın göstəricisi isə 19,375-dir.
UEFA reytinqinə İngiltərə 101,852 əmsalla liderlik edir.

