ABŞ blokadasının götürülməsindən sonra ilk konteyner gəmisi İrana çatıb. Bu barədə İranın dövlət teleradio şirkəti IRIB məlumat yayıb.
Məlumata görə, gəmi Şəhid Rəcai limanına yan alıb.
“İlk konteyner gəmisi Şəhid Rəcai limanına çatıb”, - deyə məlumatda bildirilib.
Bundan əvvəl ABŞ və İran nümayəndə heyətləri arasında İsveçrənin Bürgenştok şəhərində keçiriləcək danışıqların ilk mövzusunun Livanda atəşkəs olacağı bildirilmişdi.
“Financial Times”ın məlumatına görə, tərəflər atəşkəs pozuntularını izləmək və sülhün qorunmasını təmin etmək üçün xüsusi mexanizmin yaradılmasını müzakirə edəcəklər.
Bundan sonra danışıqlarda Hörmüz boğazının statusu və İranın nüvə proqramı məsələlərinin gündəmə gətirilməsi planlaşdırılır.

