Tiktokda bank olmayan kredit təşkilatlarının adlarına oxşar səhifələr açaraq insanları aldadan 2000-ci il təvəllüdlü Sənan Abbasov saxlanılıb.
“Den.az” xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, S.Abbasovun səhifələrə müraciət edən vətəndaşların şəxsi məlumatlarını ələ keçirərək zərərçəkənlərin adlarına 100-600 manat aralığında mikrokreditlər rəsmiləşdirdiyi, daha sonra isə həmin pul vəsaitlərini xarici ölkələrdən birində yaşayan yaxın qohumunun kart hesablarına köçürdüyü müəyyən olunub. Qeyd edilən vəsaitlər daha sonra ölkə daxilində olan elektron pul kisələrinə göndərilərək Gəncə şəhərində nağdlaşdırılıb və xarici valyuta şəklində yenidən ölkə xaricinə transfer olunub.
S.Abbasov bu yolla 200 nəfəri aldadaraq 350 min manatdan artıq maddi vəsaiti mənimsəyib. O, törətdiyi qanunsuz əməllərdən yayınmaq məqsədi ilə ölkəni tərk etmək istəyən zaman polis əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb olunub.
S.Abbasovun kiberdələduzluq tərkibli cinayət əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.
Onun qanunsuz əməllərini birgə həyata keçirdiyi, ölkə xaricində yaşayan və şəxsiyyəti polisə məlum olan qohumunun da saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Tiktokda 350 mindən çox pulu mənimsəyib ölkədən qaçmaq istədi - Video
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.