Rusiyada ən geniş yayılmış cinayət növü oğurluqdur. Bu barədə TASS agentliyi məlumat yayıb.
Məlumata görə, 2025-ci ilin 12 ayı ərzində Rusiya Cinayət Məcəlləsinin 158-ci maddəsi üzrə 453 338 oğurluq faktı qeydə alınıb. Bu göstərici 2024-cü illə müqayisədə 46 min azdır. Qeyd olunur ki, 2025-ci ildə oğurluq halları son illərin ən aşağı səviyyəsinə enib və bu dinamika 2015-ci ildən etibarən davam edir.
Agentliyin məlumatına əsasən, il ərzində ümumilikdə 1 milyon 771 min cinayət qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 7,3 faiz azalma deməkdir.
Statistik göstəricilər belədir:
— 14,4 min soyğunçuluq,
— 13 mindən çox ağır bədən xəsarəti yetirmə,
— 6,2 min hədə-qorxu ilə tələb etmə,
— təxminən 6 min qətl,
— 3,4 min zorlama,
— 2,7 min xuliqanlıq,
— 2,5 min quldurluq.

