2024-cü ildə Böyük Britaniyada sığınacaq almaq üçün 108 min əcnəbi müraciət edib — bu, ölkə tarixində ən yüksək göstərici hesab olunur.
DenMedia.az xəbər verir ki, bu barədə Times qəzeti İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hesabatına istinadən yazıb.
Ötən illə müqayisədə müraciətlərin sayı 28% artıb. Beləliklə, 1979-cu ildən bəri aparılan statistika üzrə əvvəlki rekord — 2002-ci ildəki 103 min müraciət — yenilənib.
OECD məlumatına görə, ötən il La-Manş boğazını qanunsuz keçməyə 44 min cəhd qeydə alınıb, bu da əvvəlki illə müqayisədə 6 min çoxdur. Ən çox miqrant Pakistan, Əfqanıstan və İrandan gəlib.
Hazırda Böyük Britaniya sığınacaq müraciətlərinin sayına görə Almaniya, Kanada, İspaniya, İtaliya və Fransadan sonra altıncı yerdədir.

        
        
                
                